Xəzər Xəbər

“Çelsi”nin sabiq futbolçusu: Noyer, sən abırsızsan

İdman | 18:18 • 28 İyun 2018
“Çelsi”nin sabiq futbolçusu:

İngiltərənin "Çelsi” klubunun sabiq hücumçusu Kris Saton Almaniya millisini, xüsusən də qapıçı Manuel Noyeri sərt şəkildə tənqid edib.

BBC Radiosunun şərhçisi işləyən 45 yaşlı mütəxəssis Almaniya millisinin uğursuzluğunda Noyeri günahlandırıb:

"Manuel Noyer, sən abırsızsan. O, sol cinahda nə edir? Qapıçısan, niyə o mövqedəsən? Son üçün bu, açıq hədəfdir. Almanlar layiq olduqlarını aldılar.

Düşünürəm ki, Yoaxim Löv barədə böyük araşdırma aparılacaq və o, postundan gedəcək. O, komandanı parçaladı və dəyişdirdi. Yaxşı komandaların davamlılığı olmalıdır. Dəyişikliklər etdiyin futbolçular gəlib oyun nümayiş etdirməlidirlər. Ancaq onlar tam əksini etdilər”.

Qeyd edək ki, Almaniya millisi dünya çemponatları tarixində ilk dəfə bir Asiya təmsilçisinə uduzub. Son dünya çempionu olan Bundestim Cənubi Koreya millisinə 0:2 uduzaraq qrupda sonuncu olub və mundialla erkən vidalaşıb.

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024