Xəzər Xəbər

"Beşiktaş"ın müdafiəçisi Premyer Liqa klubunun hədəfində

İdman | 12:59 • 27 İyun 2018
"Beşiktaş"ın müdafiəçisi Premyer Liqa klubunun hədəfində

Düya çempionatında Xorvatiyanın heyətində əla performans göstərən Domaqoy Vidanı transfer etmək istəyən klubların sayı artmaqdadır.

Ötən mövsüm qış fasiləsində Kiyev "Dinamo"sundan "Beşiktaş"a keçən müdafiəçi yenə də komandasını dəyişə bilər. Ötən mövsüm "Beşiktaş"dan Cenk Tosunu transfer edən "Everton" bu dəfə Vidaya "elçi düşüb". Ortada rəsmi təklif olmasa da, Premyer Liqa təmsilçisi 29 yaşlı futbolçunu transfer siyahısına salıb.

"Beşiktaş"ın Vidaya 13,2 milyon funt-sterlinq qoyduğu qeyd edilir.

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024