Xəzər Xəbər

Məhəmməd Salah "Barselona"da? AÇIQLAMA

İdman | 17:11 • 8 İyun 2018
Məhəmməd Salah "Barselona"da?

"Liverpul"un futbolçusu Məhəmməd Salahın "Barselona"ya keçəcəyi iddia olunur.


Bununla bağlı misirli futbolçunun meneceri Rami Abbas yayılan iddialara münasibət bildirib.


O, şəxsi "Twitter” hesabından verdiyi açıqlamada "AS” nəşrinin 25 yaşlı forvard haqda yaydığı xəbəri təkzib edib:


"Belə bir şey heç vaxt olmayıb. Görünür, "AS” nəşrinə daha etibarlı mənbələr lazımdır”.


Qeyd edək ki, Salah "Liverpul”da qalmaq istəyini söyləsə də, adı hələ də bəzi Avropa nəhəngləri ilə yanaşı hallanır.


Fanat.Az

Xəbər lenti

Çox oxunanlar