İspaniya La Liqasına yüksələn ilk klub müəyyənləşib.
"Hueska" klubu növbəti mövsümdən etibarən yüksək liqada çıxış edəcək.
"Hueska"Sequndanın 40-cı turunda səfərdə "Luqo"nu 2:0 hesabı ilə məğlub etməklə buna nail olub. Beləliklə, "Hueska" sona iki tur qalmış ilk iki pillədən birini təmin edib.
Qeyd edək ki, "Hueska" tarixində ilk dəfə La Liqada çıxış edəcək.