"Roma"da bu mövsüm çıxışı ilə diqqətləri üzərinə çəkən Çingiz Ünderi "Monako" heyətinə qatmaq istəyir.
Knyazlıq təmsilçisi türk ulduz üçün rəsmi təklif göndərib. "Monako" Çingiz üçün "Roma"ya 35 milyon avro təklif edib. Fransalılar İtaliya klubunun cavabını gözləyir.
Qeyd edək ki, Çingiz bu mövsüm "Roma"nın heyətində 32 rəsmi oyuna çıxaraq 8 qol vurub və 2 məhsuldar ötürmə edib.
Fanat.Az