Ağdamın "Qarabağ” klubu Pedro Enrike ilə yollarını ayırıb.
AZƏRTAC xəbər verir ki, cari mövsümün əvvəlində Yunanıstanın PAOK klubundan 1 illik icarə əsasında "Qarabağ”a transfer olunan Pedro Enrike ilə yeni müqavilə imzalanmayıb.
Futbolçu "Qarabağ”ın heyətində çıxdığı 26 matçda 6 qol vurub.