Xəzər Xəbər

Arda Turana daha bir şok

İdman | 13:24 • 11 May 2018
Arda Turana daha bir şok

Xəbər verdiyimiz kimi, Türkiyə Peşəkar Futbol İntizam Komitəsi Super Liqanın 32-ci turunun "Sivasspor”la ev oyununda (1:1) qırmızı vərəqə alan "Başakşəhər”in futbolçusu Arda Turana 16 oyunluq cəza verib.


"Başakşəhər”in prezidenti Göksel Gümüşdağ Ardaya verilən cəzaya münasibət bildirib, eyni zamanda onun klub tərəfindən də cəzalandırılacağını açıqlayıb:


"Ardanın hakimə qarşı etdiyi hərəkət qəbulolunmazdı. Onun hərəkətini doğru hesab etmirəm. Ardaya biz də klub olaraq cəza kəsəcəyik. Amma verilən cəzalarla bağlı ikili standartların olduğunu görürük. Fərqli insanlarla bağlı fərqli qərarlar çıxarırlar. Ona görə də bu qərarı heç bir şəkildə qəbul edə bilmərik. Qərardan şikayət verəcəyik və cəzaya etirazımızı bildirəcəyik. Engin Baytar, Cüneyt Çakırın boğazını tutub sıxdı, 8-9 matç cəza aldı.


Amma Mossoro 2-ci "sarı”dan sonra qırmızı vərəqə alıb, 1 oyunluq cəza almalı olduğu halda, 5 matçlıq cəzaya layiq görülür. Mossoro onsuz da türkçə bilmir, söyüş söyə bilməz. Ardaya da 6-8 matçlıq cəza verilməsi lazım idi. Söyüş də, "sizi öldürmək lazım” demək də eyni şeydi, qəbul edilməzdi. Bu üzdən də hər iki səhvin cəzası 6-8 oyunluq cəza olmalı idi”.


Qeyd edək ki, 31 yaşlı futbolçu hakimə hücuma görə 10, yan xətt hakimini təhqirə görə 3, əsas hakimi təhdid etdiyinə görə isə daha 3 oyun cəza alıb.


Fanat.Az

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024