Azərbaycanın və "Qəbələ" İdman Klubunun döyüşçüsü Bəxtiyar Abbasov növbəti beynəlxalq titulunu qazanıb.33
yaşlı idmançımız MMA GEFC Global (Grand European Fighting Championship)
dünya çempionu tituluna yiyələnib. O, bu uğura Bakıda, ümummilli lider
Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş MMA üzrə beynəlxalq
turnirdə imza atıb.
Səksən dörd kiloqram çəki dərəcəsində çıxış edən B.Abbasov kəmər uğrunda
döyüşdə braziliyalı Joze Eudes Tavareslə qarşılaşıb. Beş raundluq
döyüşün ilk dəqiqələrindən üstünlüyü ələ alan idmançımız döyüşü
vaxtından əvvəl qələbə ilə başa vurub. O, dördüncü raundda texniki
nokautla qalib gəlib və dünya çempionu adına sahib çıxıb.
"Qəbələ"nin daha bir idmançısı turnir çərçivəsində qüvvəsini sınayıb. Yetmiş kiloqram çəki dərəcəsində çıxış edən Hüseyn Əliyev Qazaxıstan
idmançısı Aybek Nurseitlə üz-üzə gəlib. Bərabər mübarizə şəraitində
keçən üç raundluq reytinq döyüşü heç-heçə ilə yekunlaşıb.