"Rubin”in türk futbolçusu Gökdəniz Qaradəniz mövsümün sonunda karyerasını başa vuracaq.
38 yaşlı futbolçu bununla bağlı keçirdiyi mətbuat konfransında açıqlayıb. Gökdəniz Qaradənizin 61 nömrəli forması əbədiləşdiriləcək.
Hücumçu Kazan klubunda 2 dəfə Rusiya çempionluğunu, Rusiya kubokunu və 2 dəfə də Super kubokunu qazanıb.
Gökdəniz "Rubin”in heyətində 299 oyun keçirib, 52 qol vurub.