Xəzər Xəbər

"Fənərbaxça" ilə matçı protest edən "Beşiktaş"a ağır cəzalar veriləcək

İdman | 14:13 • 27 Aprel 2018
"Fənərbaxça" ilə matçı protest edən

Türkiyə Futbol Federasiyası tərəfindən verilən oyunun qaldığı yerdən davam etdirilməsi qərarını protest edərək "Fənərbaxça” ilə Türkiyə Kubokunun yarımfinal mərhələsi çərçivəsində keçiriləcək cavab matçına çıxmamaq qərarı verən "Beşiktaş” bəzi sanksiyalarla qarşı qarşıya qalacaq.

Klub Türkiyə Ftubol Federasiyası tərəfindən bir neçə cəza alacaq.

* "Beşiktaş”ın matça çıxmayacağı təqdirdə "Fənərbaxça” texniki qalib sayılacaq.

* "Beşiktaş” gələn mövsüm Türkiyə Kubokuna qatıla bilməyəcək.

* "Beşiktaş” Türkiyə Kuboku çərçivəsində bu mövsüm əldə etdiyi bütün gəlirləri geri qaytarmaq məcburiyyətində qalacaq.

Qeyd edək ki, Türkiyə Kubokunun yarımfinal mərhələsində keçirilən cavab matçında tribunada baş verən hadisələr səbəbilə oyun 57-ci dəqiqədən etibarən dayandırılmış və "Beşiktaş” oyunçuları meydanı tərk etmişdi.

Xəbər lenti