Xəzər Xəbər

“Barselona” “Çelsi”ni böyük hesabla məğlub edib

İdman | 09:27 • 15 Mart 2018
“Barselona” “Çelsi”ni böyük hesabla məğlub edib

UEFA Çempionlar Liqasının son səkkizdəbir final mərhələsində "Barselona” "Çelsi”ni qəbul edib.


Xezerxeber.az məlumat verir ki, "Nou Kamp” stadionunda keçirilən oyun 3:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. İlk oyunda "Barselona”nın heyətində Messi (2) və Osman Dembele fərqləniblər.


Xatırladaq ki, Londonda keçirilən ilk matç 1:1 hesabı ilə başa çatıb.


Qeyd edək ki, dörddəbir finala "Real”, "Yuventus”, "Sevilya”, "Bavariya”, "Barselona”, "Mançester Siti”, "Roma” və "Liverpul” vəsiqə qazanıb. Mərhələnin püşkatması martın 16-da keçiriləcək.

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024