Xəzər Xəbər

"Real"dan daha bir transfer rekordu: 211 milyona alırlar...

İdman | 16:59 • 25 Yanvar 2018
"Real"dan daha bir transfer rekordu:

Keylor Navasın performansından razı qalmayan və heyətinə yeni bir qapıçı qatmaq istəyən "Real" "Mançester Yunayted"in formasını geyinən David De Gea üçün təklif göndərməyə hazırlaşır.


"Atletik"dən Kepa Arrizabalaqanın transferini reallaşdıra bilməyən "Kral Klubu" ispan qapıçı üçün 100 milyon avro (hazırkı məzənnə ilə 211 milyon 430 min manat) təklif edəcək.


Bu barədə "Real"a yaxınlığı ilə tanınan İspaniyanın AS qəzeti məlumat yayıb. Transfer baş tutsa, David De Gea dünyanın ən bahalı qapıçısı olacaq.


Qeyd edək ki, "Mançester Yunayted"in ispan qapıçını 2011-ci ildə "Atletiko"dan 25 milyon avroya alıb. Hazırda "Transfermarkt" 27 yaşlı qolkiperə 50 milyon avro qiymət qoyub.


Fanat.Az

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024