Xəzər Xəbər

Çempionlar Liqasının YENİ LOQOTİPİ - FOTO

İdman | 12:54 • 13 Dekabr 2017
Çempionlar Liqasının

Ukraynanın paytaxtı Kiyevdə Çempionlar Liqasının 2017/18-ci illər mövsümü üzrə finalının kubok və loqotipinin təqdimatı olub.

Bu barədə Ukrayna Futbol Federasiyasının (UFF) mətbuat xidməti məlumat yayıb.

Təntənəli tədbirdə UFF-nin prezidenti Andrey Pavelko, Kiyevin meri Vitali Kliçko, həmçinin finalın səfiri, yaxın keçmişin məşhur futbolçusu, hazırda isə Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko iştirak edib.

Çempionlar Liqasının cari turnirinin finalı 26 may 2018-ci il tarixində Kiyevin "Olimpiya" stadionunda keçiriləcək.

Xəbər lenti