Xəzər Xəbər

“Real” “Beşiktaş”a möhtac qaldı: “Pepeni geri verin”

İdman | 12:01 • 13 Dekabr 2017
“Real” “Beşiktaş”a möhtac qaldı:

İspaniya La Liqasında gərgin mövsüm yaşayan və lider "Barselona”dan 8 xal geridə olan "Real Madrid” müdafiəçi Rafael Varaneyin zədələnməsindən sonra hərəkətə keçib.

İspanlar Türkiyə çempionu "Beşiktaş”a transfer edilən Pepeni geri qaytarmaq üçün cəhdlər etməyə başlayıb.

Bu il Çempionlar Liqasındakı oyunlarda möhtəşəm performans sərgiləyən futbolçunun meneceri Xorxe Mendes isə Pepenin "Real”a qayıtmaq istəməyəcəyini, yeni komandasında xoşbəxt olduğunu bildirib. O, Pepenin hədəfinin Dünya Çempionatına getmək olduğunu və hələ ki, transfer haqqında düşünmədiyini deyib.

Portuqaliyalı ulduzun "Beşiktaş”a transfer edildiyi zaman da ağ-qaraların nümayəndəliyini edən Ahmet Bulut da baş verən prosesi doğrulayıb.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti