Xəzər Xəbər

“İnter”in adı dəyişdi

İdman | 11:33 • 20 Oktyabr 2017
“İnter”in adı dəyişdi

"İnter” klubu bu gün sonuncu oyununa çıxacaq. XəzərXəbər "Qafqazinfo”ya istinadən xəbər verir ki, Topaz Premyer Liqasının 9-cu turunda "Səbail”lə qarşılaşacaq komanda növbəti matçları artıq "Keşlə” adı altında oynayacaq.

Paytaxt klubunun avtobusunun üzərində uzun müddətdir ki, "Keşlə”nin loqosu və adı həkk olunsa da , stadionda "İnter” adı və loqosu mövcud idi. "İnter Arena”da da dəyişikliklər edilib.

Artıq "bankirlər”in rəsmi "İnstagram” səhifəsində və stadionunda da "Keşlə” sözünə rast gəlmək mümkündü. Belə ki, komandanın sosial şəbəkədəki hesabı "Keshlafc”-ya dəyişdirilib. Ümumiyyətlə, stadionda da bütün "İnter" sözləri "Keşlə" ilə əvəz edilib.

Xəbər lenti

Çox oxunanlar