Xəzər Xəbər

Fatih Terim yoxsa Prosineçki? Türkiyə klubu seçim arasında qalıb

İdman | 11:51 • 17 Oktyabr 2017
Fatih Terim yoxsa Prosineçki?
Türkiyə millisi və "Qalatasaray" futbol klubunun keçmiş baş məşqçisi Fatih Terim "Trabzonspor"-dan təklif alıb. Ərsun Yanal ilə yollarını ayıran Qaradəniz təmsilçisi, ilk olaraq Fatih Terimə təklif göndərib.

Təcrübəli məşqçinin hələlik cavab vermədiyi bildirilir.

Yerli mətbuatın yazdığına əsasən, "Trabzonspor"un yeni baş məşqçisi kimi iki nəfərin adı hallanır. Bunlar Azərbaycan millisini çalışdıran Robert Prosineçki və yerli mütəxəssis Fatih Terimdir.

Qeyd edək ki, "Trabzonspor" son turda öz evində "Akhisar" klubuna 1-6 hesabı ilə məğlub olub. Böyük hesablı məğlubiyyətdən sonra komanda rəhbərliyi Ərsun Yanal ilə yollarını ayırıb./faktxəbər

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024