Xəzər Xəbər

Millimiz San Marino ilə Olimpiya stadionunda oynamayacaq MƏKAN DƏYİŞDİ

İdman | 11:18 • 19 Avqust 2017
Millimiz San Marino ilə Olimpiya stadionunda oynamayacaq
DÇ-2018-in seçmə mərhələsində Bakıda keçiriləcək Azərbaycan – San Marino oyununun stadionu dəyişdirilib.

XəzərXəbər bildirir ki, bu barədə AFFA-nın rəsmi saytı xəbər yayıb.

Qarşılaşmanın əvvəlcə Bakı Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulmuşdu. "Bakcell Arena”da UEFA Avropa Liqasının qrup mərhələsinin oyunlarının keçirilməyəcəyini, IV İslam Həmrəyliyi Oyunlarından sonra Bakı Olimpiya Stadionunda milli komandamızın oyunu üçün hazırlıq prosesinin tam yekunlaşmadığını nəzərə alaraq, AFFA Azərbaycan – San Marino qarşılaşmasının "Bakcell Arena”da təşkil olunması ilə əlaqədar UEFA-ya müraciət edib və müraciət müsbət cavablandırılıb.

Qeyd edək ki, Azərbaycan – San Marino oyunu sentyabrın 4-də keçiriləcək.

Xəbər lenti