Xəzər Xəbər

Nikola Kaliniç “Milan”da

İdman | 10:45 • 19 Avqust 2017
Nikola Kaliniç “Milan”da
"Milan” növbəti transferini reallaşdırır.

İtaliya mətbuatı bildirir ki, "Qırmızı-qaralar” "Fiorentina”nın hücumçusu Nikola Kaliniçi heyətinə qatır. Bu gün 2 klub arasında aparılan danışıqlar müsbət yekunlaşıb.

Qarşıdakı günlərdə Kaliniç "Milan”la rəsmi müqavilə imzalayacaq.

Xatırladaq ki, Kaliniç "Fiorentina”dan əvvəl "Dnepr”də forma geyərkən 3 il əvvəl Avroliqanın qrup mərhələsində Bakıda "Qarabağ”a qarşı keçirilən oyunda dubl etmişdi.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar