Xəzər Xəbər

"Tottenhem"dən rekord transfer

İdman | 11:57 • 19 Avqust 2017
"Tottenhem"dən rekord transfer

"Tottenhem"yay transferində ilk keçidini reallaşdırıb.

London təmsilçisi "Ayaks"ın müdafiəçisi Davinson Sançesi transfer edib. 21 yaşlı futbolçu ilə 2023-cü ilə kimi müqavilə imzalanıb. Bu transfer üçün "Tottenhem" Amsterdam təmsilçisinə 42 milyon avro təzminat ödəyib. Bu isə klub tarixinin ən bahalı transferidir.

Qeyd edək ki, Sançes ötən mövsüm Hollandiya çempionatında 32 matçda 6 qol vurub, 2 qolun ötürməsini verib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti