Xəzər Xəbər

"Barselona"dan Arda Turanla bağlı ŞOK QƏRAR

İdman | 14:43 • 8 Avqust 2017
"Barselona"dan Arda Turanla bağlı

"Barselona" ötən il təyyarə qəzasında əksər üzvləri həlak olan Braziliyanın "Şapekoense" klubu ilə yoxlama oyunu keçirib. Oyun Kataloniya klubunun 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Cerard Deulofeu, Serxio Buskets, Lionel Messi, Luis Suares və Denis Suares fərqlənib. "Barselona"nın baş məşqçisi Ernesto Valverdenin Arda Turanla bağlı qərarı hamının təəccübünə səbəb olub. Baş məşqçi oyun ərzində 11 dəyişiklik etsə də, Arda Turana oynamaq şansı verməyib.

Qeyd edək ki, "Şapekoense" Amerika Kubokunun final oyunu üçün Boliviyanın Santa Kruz de la Sierra şəhərindən Kolumbiyanın Medellin şəhərinə gedərkən təyyarə qəzasına düşmüşdü. Nəticədə 71 nəfər həlak olmuşdu.

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024