Xəzər Xəbər

"Qarabağ"ın rəqibi bəlli oldu – PÜŞK ATILDI

İdman | 14:13 • 4 Avqust 2017
"Qarabağ"ın rəqibi bəlli oldu
Bu gün Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılıb.

XəzərXəbər-in məlumatına görə, turnirdə mübarizəni davam etdirən Azərbaycan çempionu "Qarabağ”ın da rəqibi bəlli olub.

Ağdam təmsilçisi qrup mərhələsi uğrunda mübarizədə Danimarkanın "Kopenhagen" klubu ilə qarşılacaq. Qurban Qurbanovun komandası ilk oyununu Bakıda keçirəcək.

Qeyd edək ki, bu mərhələnin oyunları avqustun 15-16-da, cavab görüşləri isə 22-23-də keçiriləcək.


Çempionlar Liqası

Pley-off mərhələsi


Çempionlar yolu

"Qarabağ” (Azərbaycan) - "Kopenhagen” (Danimarka)

APOEL (Kipr) - "Slaviya” (Çexiya)

"Olimpiakos” (Yunanıstan) – "Riyeka” (Xorvatiya)

"Seltik” (Şotlandiya) - "Astana” (Qazaxıstan)

"Hapoel” (Beyer-Şeva, İsrail) - "Maribor” (Slovaniya)

Liqa yolu

"Başakşəhər” (Türkiyə) - "Sevilya” (İspaniya)

"Yanq Boyz” (İsveçrə) - MOİK (Rusiya)

"Napoli” (İtaliya) - "Nitsa” (Fransa)

"Hoffenhaym” (Almaniya) - "Liverpul” (İngiltərə)

"Sportinq” (Portuqaliya) - "Styaua” (Rumıniya)

Rubrikanın digər xəbərləri

Xəbər lenti