Xəzər Xəbər

“Qarabağ”ın rəqibini yaxından tanıyaq

İdman | 17:03 • 4 Avqust 2017
“Qarabağ”ın rəqibini yaxından tanıyaq

Xəbər verdiyimiz kimi, Ağdamın "Qarabağ” komandası UEFA Çempionlar Liqasının pley-off mərhələsində Danimarkanın "Kopenhagen” klubu ilə qarşılaşacaq.

XəzərXəbər Azərbaycanın turnirdəki təmsilçisinin rəqibi haqda məlumatı təqdim edir. "Kopenhagen” Danimarkanın ən titullu klubudur. 12 dəfə Danimarka superliqasının qızıl medalını qazanan rəqibimiz səkkiz dəfə ölkə kubokunun, üç dəfə isə Danimarka superkubokunun qalibi olub. Rəqibimiz avrokubokların qrup mərhələsində ən çox iştirak edən Danimarka klubudur.

Belə ki, "Kopenhagen” dörd dəfə Çempionlar Liqasının, altı dəfə Avropa Liqasının qrup mərhələsində mübarizə aparıb.

2010/2011-ci illər mövsümündə "Kopenhagen” Çempionlar Liqasının qrup mərhələsində üçüncü pilləni tutaraq Avroliqanın onaltıdabir finalına vəsiqə qazanaraq klub tarixində ən böyük uğurunu əldə edib. UEFA klubların reytinq cədvəlində rəqibimiz Skandinaviya ölkələri arasında ən yüksək xala malikdir.

"Kopenhagen” ev oyunlarını 38 minlik "Telia Parken” stadionunda keçirir. Komandanın hazırkı heyətində 12 legioner çıxış edir. Komandanın baş məşqçisi Stale Solbakkendir. Klubun prezidenti isə Bo Riqarddır.

Bu il Çempionlar Liqasının ikinci təsnifat mərhələsindən mübarizəyə başlayan "Kopenhagen” Slovakiyanın "Jilina” (3:1, 1:2), daha sonra isə Makedoniyanın "Vardar” (0:1, 4:1) klublarını mübarizədən kənarlaşdıraraq pley-off raunduna yüksəlib.

Xatırladaq ki, "Qarabağ”ın "Kopenhagen”lə ilk oyunu avqustun 15-16-da Bakıda, cavab qarşılaşması isə avqustda 22-23-də səfərdə olacaq.

Rubrikanın digər xəbərləri

AFFA-nın vitse-prezidenti AVRO-2024-ə
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
17:28 • 1 May 2024
Ülviyyə Fətəliyevanın kuboku
Ülviyyə Fətəliyevanın kuboku FOTO
11:55 • 30 Aprel 2024
Arzum həyata keçdi
Arzum həyata keçdi Azərbaycanlı şahmatçı
17:17 • 29 Aprel 2024

Xəbər lenti