Ötən axşam "Barselona”dan PSJ-yə transfer olunan braziliyalı futbolçu Neymar dünya futbol tarixində rekord müəyyənləşdirdi. 222 milyon avroya alınan "sambaçı”nın bu rekordunu tarix boyu kiminsə qıra biləcəyi ağlabatan deyil.
PSJ-nin rəsmi saytı xəbər verir ki, Neymar Paris klubuna keçidini belə dəyərləndirib:
"PSJ-yə qoşulduğum üçün çox xoşbəxtəm. Avropaya gəldiyimdən bəri bu klub ən rəqabətcil və ən iddialı komandalardan olub. Yeni komanda yoldaşlarımla azarkeşlərin istədiyi titulları qazanmağa çalışacağıq. PSJ-nin hədəfləri məni cəlb etməyə bilməzdi. Paris klubunda futbol ehtirası və enerji var. 4 mövsümdür Avropada oynayıram. Bu gündən etibarən yeni komandama kömək etmək, klubum üçün yeni üfüqlər açmaq və dünyada milyonlarla azarkeşə xoşbəxtlik gətirmək üçün əlimdən gələni edəcəm".
publika.az