Xəzər Xəbər

Stadionda basırıq nəticəsində azı 8 nəfər ölüb, 49 nəfər yaralanıb

İdman | 10:41 • 16 İyul 2017
Stadionda basırıq nəticəsində azı 8 nəfər ölüb, 49 nəfər yaralanıb

Seneqalın paytaxtı Dakarda stadionda basırıq və divarın uçması nəticəsində azı 8 nəfər ölüb, daha 49 nəfər ciddi zədə alıb.

Xezerxeber.az məlumat verir ki, ARS agentliyinin yaydığı məlumata görə, stadionda yerli çempionatın final oyunu keçirilirdi. Oyundan sonra stadionun çıxışında basırıq yaranıb və nəticədə divarın bir hissəsi insanların üstünə aşıb.

Yerli hakimiyyət orqanları dağıntılar altında qalanların ola biləcəyindən ehtiyatlanırlar.

Hadisə yerində xilasedicilər və həkimlər işləyir.

Xəbər lenti

Çox oxunanlar