Bakıda keçiriləcək "Formula 1" üzrə Avropa Qran Prisinin start götürməsinə cəmi bir gün qalıb.
Mötəbər idman yarışının keçirilməsi üçün hazırlıq işləri tam başa çatıb.
Yarışı izləmək istəyən tamaşaçılar üçün ayrılan sektorlar hazır
vəziyyətə gətirilib. Trass boyu 9 əsas müvəqqəti tribuna tamaşaçıların
ixtiyarına veriləcək. Ümumilikdə paytaxtımız növbəti "Formula 1"
yarışını keçirməyə tam hazırdır.
Qeyd edək ki, Azərbaycan
Qran-Prisi iyunun 23-dən 25-dək davam edəcək. Tamaşaçıların dənizkənarı
bulvar ərazisində yerləşən Formula-1 şəhərciyi və əyləncə zonalarına
girişinə iyunun 22-si, saat 14:00-dan etibarən icazə veriləcək, 23-25
iyun tarixlərində isə tamaşaçılar bu məkanlara səhər saat 10:00-dan
etibarən daxil ola biləcəklər.
Formula-1 şəhərciyi və əyləncə zonaları axşam saatlarında dünya
ulduzlarının iştirakı ilə baş tutacaq konsert proqramları başa çatanadək
fəaliyyət göstərəcək./azvision.az