Xəzər Xəbər

"Milan" Donnarummaya əvəzləyici axtarır

İdman | 13:26 • 20 İyun 2017
"Milan" Donnarummaya əvəzləyici axtarır

Canluici Donnarummanın yeni müqavilə imzalamaqdan imtina etməsindən sonra "Milan" yeni qapıçı axtarışına çıxıb.

"Qırmızı-qaralar" "Cenoa"nın qolkiperi Mattia Perinə "elçi düşüb". İtaliya millisinin şərəfini qoruyan qapıçı üçün Genuya klubuna da 7 milyon avroluq təklif göndərilib.

PSJ-nin qapıçısı Salvatore Siriqiu, "Yuventus"un "əlcək sahibi" Neto və Leverkuzen "Bayer"inin qapısını qoruyan Bernd Leno da "Milan"ın transfer hədəfindədir.

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024