Xəzər Xəbər

DÇ-2018-in seçmə mərhələsinin növbəti oyunları keçirilib - NƏTİCƏLƏR

İdman | 09:34 • 25 Mart 2017
DÇ-2018-in seçmə mərhələsinin növbəti oyunları keçirilib -

DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasında V turun oyunlarına start verilib.

İlk oyun günündə D, G və İ qruplarındakı matçlar baş tutub.

İrlandiya və Uels milliləri qolsuz bərabərliyə razılaşıblar. Serbiya isə öz Gürcüstanı səfərdə məğlub edib -3:1. Avstriya autsayder Moldova qarşısında qələbə qazanaraq xal ehtiyatını artırıb.

G qrupunda isə lider İspaniya 3-cü pillədəki İsrailə darmadağınla qalib gəlib - 4:1.İtaliya Albaniyanı məğlub l edib. Lixteynşteyn – Makedoniya görüşü isə ikincilərin qələbəsi ilə başa çatıb - 0:3.

İ qrupunda ilk iki pillənin sahibi qarşılaşıb. Xorvatiya Ukraynanı tək qolla xalsız qoyub. Finlandiyanı sınağa çəkənTürkiyə millisi doğma meydanda 2 qola sevinib.

DÇ-2018-in seçmə mərhələsi

Avropa zonası, V tur

24 mart

D qrupu

Gürcüstan – Serbiya - 1:3

Qollar:Katçarava, 6 - Tadiç, 45 (pen.), Mitroviç, 64, Qaçinoviç, 89

İrlandiya – Uels - 0:0

Avstriya – Moldova-2:0

Qollar:Sabitzer, 75, Harnik, 90

G qrupu

Lixtenşteyn - Makedoniya-0:3

Qollar:Nikolov, 43, Nestorovski, 68, 73

İtaliya - Albaniya-2:0

Qol:De Rossi, 12 (pen.), İmmobile, 71

İspaniya - İsrail-4:1

Qollar:David Silva, 13, Vitolo, 45+1, Dieqo Kosta, 51, İsko, 88 - Rafaelov, 76

I qrupu

Türkiyə - Finlandiya - 2:0

Qollar:Cenk, 9, 13

Kosovo – İslandiya-1:2

Qollar:Nuhiu, 53 - Siqurdarson, 25, Siqurdsson, 35 (pen.)

Xorvatiya - Ukrayna-1:0

Qol:Kaliniç, 38

Xəbər lenti

Çox oxunanlar