Xəzər Xəbər

Azərbaycanda məhkəmədə dava düşdü

Hadisə | 18:06 • 21 İyun 2022
Azərbaycanda məhkəmədə dava düşdü

Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayon Bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva və bacısı İlknur Əliyevanın (Turkut) cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

XəzərXəbər Trend-ə istinadla xəbər verir ki, məhkəmə iclası açıq keçirilsə də, prosesə sədrlik edən hakim Rasim Sadıxov jurnalistləri məhkəmə zalından çıxarıb.

Daha sonra prosesdə ittiham aktı elan edilib.

İttihamda göstərilib ki, Aytac Əliyeva və bacısı Turkut İlknur tamah məqsədilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə bir neçə nəfərin əmlakını ələ keçiriblər.

İttiham olunan bacılar özlərini geniş əlaqələrə sahib olan qızıl -zinət əşyalarının alqı-satqısı ilə məşğul olan şəxslər kimi təqdim ediblər. Təqsirləndirilən şəxslər onlara pul veriləcəyi təqdirdə həmin vəsaitə qızıl -zinət əşyaları alıb əhatələrində olan yüksək vəzifəli şəxslərə baha qiymətə satacaqları barədə zərərçəkmiş şəxslərə vəd ediblər.

Aytac Əliyeva və Turkut İlknur 9 nəfərə qarşı 1 milyon manata yaxın dələduzluq etməkdə təqsirli biliniblər.

Təqsirləndirilən şəxslər məhkəmədə özlərini verilmiş ittihamlarla təqsirli bilmədiklərini deyiblər. Gərgin keçən prosesdə zərərçəkmiş şəxslərdən biri ilə təqsirləndirilən şəxslər arasında dava olub. Hakim zərərçəkmişi zaldan qovub.

Proses iyulun 5-də davam etdiriləcək.

Xatırladaq ki, Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva bacısı İlknur Əliyeva barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib.

İttiham olunan İlknur Əliyeva bir müddət əvvəl ev dustaqlığına buraxılıb.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti