Xəzər Xəbər

Azərbaycanda RƏİS SAXLANILDI: daha bir dövlət idarəsində əməliyyat

Hadisə | 11,285 | 16:59 • 21 İyun 2022
Azərbaycanda RƏİS SAXLANILDI: daha bir dövlət idarəsində əməliyyat

Azərbaycan Avtomobil Yollar Dövlət Agentliyinin “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-nin Nəzarət şöbəsinin rəisi Hüseynov Fikrət İsrafil oğlu saxlanılıb.

Bu barədə XəzərXəbər-ə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, şirkətdə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib: "Bu barədə əlavə məlumat veriləcək".

xxxx

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməliyyat keçirib.

XəzərXəbər Qaynarinfo-ya istinadla xəbər verir ki, qanun pozuntuları ilə bağlı daxil olmuş məlumat əsasında keçirilən əməliyyat “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-də baş tutub.

Əməliyyat çərçivəsində “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-nin Nəzarət şöbəsinin rəisi Hüseynov Fikrət İsrafil oğlu saxlanılıb.

Hazırda “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-nin rəhbər şəxsləri ilə bağlı araşdırmalar aparılır və bir sıra sahələr üzrə fəaliyyətlərinə qadağa qoyulub.

Xəbər lenti