Xəzər Xəbər

BP-nin işçisi sərxoş olub küçədə yatdı - Bahalı saatı, ayaqqabıları oğurlandı

Hadisə | 15:43 • 17 May 2022
BP-nin işçisi sərxoş olub küçədə yatdı - Bahalı saatı, ayaqqabıları oğurlandı

Bakıda Böyük Britaniya vətəndaşının bahalı qol saatını, telefonunu və ayaqqabılarını oğurlayan şəxsə hökm oxunub.

XəzərXəbər xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə ötən il iyulun 12-də, gecə 2 radələrində Səbail rayonu ərazisində baş verib.
 
Məhkəmə araşdırması zamanı məlum olub ki, BP şirkətində mühəndis vəzifəsində çalışan V.V dostları ilə birlikdə “Absheron Marriot” hoteldə futbola baxarkən spirtli içki qəbul edib. Daha sonra o, gecə saatlarında hoteli tərk edərək yaşadığı evə getmək istəyib. V.V 28 May metrostansiyasına tərəf gedərkən yolda yuxulayaraq yatıb.
 
Bu zaman Astara rayon sakini, 1972-ci il təvəllüdlü F.Həsənzadə əcnəbi vətəndaşın sərxoş halda skamyada yatdığını görərək ona yaxınlaşıb. O, Britaniya vətəndaşının dəyəri 6500 manat olan “Luminor Panerai” markalı qol saatını, 1800 manat dəyəri olan “İphone 12 Pro” markalı mobil telefonunu və ayağındakı “Nike” markalı ayaqqabılarını çıxararaq oğurlayıb.
 
Hadisədən bir neçə saat sonra ayılan Britaniya vətəndaşı ayaqyalın qaldığından taksi ilə evə gedib. Onun əşyalarını oğurlamış F.Həsənzadə isə hadisədən sonra fəhlə kimi işlədiyi bazara gedib. O, oğurladığı 6500 manatlıq saatı 10 manata satıb.
 
Polis əməkdaşları F.Həsənzadəni yaxaladıqdan sonra oğurladığı telefonu və 10 manata satdığı qol saatını geri qaytarıb. Lakin təqsirləndirilən şəxs BP əməkdaşının ayaqqabılarını Puşkin parkında gizlətdiyi yerdə tapa bilməyib.
 
Səbail Rayon Məhkəməsində bir neçə gün əvvəl F.Həsənzadəyə hökm oxunub. O, Cinayət Məcəlləsinin 177.2.4 və 177.2.5-ci (oğurluq - xeyli miqdarda ziyan vurmaqla və şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə) maddələri ilə təqsirli bilinib. F.Həsənzadəyə 2 il müddətinə həbs cəzası verilib.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti