Xəzər Xəbər

İstirahət mərkəzində yanğın olub, xəsarət alan var

Hadisə | 14:48 • 17 May 2022
İstirahət mərkəzində yanğın olub, xəsarət alan var

Masallı rayonunun Şıxlar kəndində istirahət mərkəzinin ərazisində ümumi sahəsi 35 m² olan taxta konstruksiyalardan ibarət kotec və yaxınlıqda 2 ədəd ağac yanıb.

Xezerxeber.az-ın FHN-in saytına istinadən xəbər verir ki, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Ərazidəki digər tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti