Xəzər Xəbər

Ağır qəzaya səbəb olan 19 yaşlı sürücünü hansı CƏZA GÖZLƏYİR?

Hadisə | 14:55 • 13 Oktyabr 2021
Ağır qəzaya səbəb olan 19 yaşlı sürücünü hansı CƏZA GÖZLƏYİR?

Xəbər verdiyimiz kimi Bakıda sərnişin avtobusuna çırpılaraq ağır qəzaya səbəb olan yük maşınının sürücüsü – 19 yaşlı Əzizov Mahmud Babagözəl oğlu saxlanılıb. Sözügedən şəxsin heç bir qanuni əsas olmadan fəaliyyət göstərdiyi məlum olub.
 
Bəs, sürücünü hansı cəza gözləyir?

Bununla bağlı Vəkillər Kollegiyasının üzvü Turan Abdullazadə danışarkən qeyd edib ki, 99 DH 343 Dövlət Qeydiyyat Nişanlı "Mercedes” markalı yük avtomobilin sürücüsünü 19 yaşında qanunsuz  olaraq yola buraxan hər hansı bir şirkətdirsə, həmin şirkətin vəzifəli şəxsləri də müvafiq məsuliyyət daşıyırlar:

"Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır  zərər vurulmasına səbəb olduqda— iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri yaxud  iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Həmin Məcəllənin 263.3-cü maddəsinə əsasən,  bu məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda - beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Müsahibimizin sözlərinə görə, Cinayət Məcəlləsinin qeyd olunan maddələrindən də görünür ki, sözügedən əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda cinayət məsuliyyətinə səbəb olur və cəzası da olduqca ağırdır.

Xatırladaq ki, Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı 10-a yaxın şəxs ölüb, 20 nəfər yaralanıb./Sfera.az

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti