Xəzər Xəbər

Aeroport yolundakı dəhşətli qəzada günahkar kimdir?

Hadisə | 15:11 • 13 Oktyabr 2021
Aeroport yolundakı dəhşətli qəzada günahkar kimdir?

"Bu gün baş verən bu qəza bir daha onu göstərdi ki, sərnişindaşıma və yükdaşıma sahəsində qanuni fəaliyyəti bərpa etmək son dərəcədə zəruridir”.
 
Bunu açıqlamasında yol-nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib. Müsahibimiz qeyd edib ki, nəzarətdən kənar istənilən iş gec-tez problem yaradır:

"Heç kim sabah başqa bir hadisənin yaşanmayacağına zəmanət verə bilməz. Çünki nəzarət mexanizmi yoxdur. Bir az reydlər, ciddi tədbirlər keçiriləndə də, cəmiyyətdə bəzi ünsürlər hay-küy salmağa başlayırlar ki, camaat evinə necə çörək aparsın və s. Biz də sual edirik, bəs bir neçə nəfərin ölümünə, yaralanmasına səbəb olan qəzanın, ictimai nəqliyyatın fəaliyyətinə yenə də inamsızlıq yaradan hadisənin cavabını kim verəcək? Bir nəfər evinə çörək pulu aparır deyə, milləti qırmalıdırmı? Belə bir şey ola bilməz. Keçmiş nəqliyyat nazirliyinin dövründə nəqliyyat müfəttişləri var idi, biz onlara "nəqliyyat qoçuları” deyirdik. Onlar bu sürücüləri döyə-döyə, təhqir edə-edə, pulunu əlindən alaraq – hər cür zorakılıqları tətbiq edərək heç bir irəliləyişə nail ola bilmədilər. 

İndi bir az sərbəstlik verilib, lap əndazəni aşıblar. Sürücü 19 yaşında cavan bir oğlandı. Yəqin qarşısına çox pul qazanmağı məqsəd qoyub, yatmır, dincəlmir, işləyir. İşləmək yaxşıdır, amma bu formada olmaz. Adam sükan arxasında yuxulayıb, ağır qəza törədib. Bu adamın iş rejiminə, istirahətinə nəzarət edəcək struktur varmı? Var. Bəs niyə etmir? Çünki mexanizm yoxdur. İstər pandemiya, istərsə də ondan əvvəlki dövrdə qanunsuz yükdaşıma, sərnişindaşıma necə birdən-birə parlayıbsa, indi onun qarşısını ala bilmirik və getdikcə böyük təhlükəyə çevrilir”.

Ekspert qeyd edib ki, istər daşıyıcı şirkətlər, istərsə də fiziki, hüquqi şəxslərlə bağlı müəyyən mexanizm olmalıdır:

"Bu gün qanunda çox şeylər yazılıb, mükəmməldi, onun icra mexanizmi varmı? Məsələn, yük maşınlarında sürücünün iş və istirahət rejiminə nəzarət etmək üçün toxoqraf olmalıdır. Varmı? Yoxdur. Bu, qanun pozuntusu sayılırmı? Bəli. Buna kim nəzarət etməlidir? Yol polisi, dövlət nəqliyyat müfəttişləri. Edə bilirmi? Xeyr. Edəndə narazılıq baş verir. Bunun yuxarı səviyyədə göstərişi olmalıdır ki, istinasız bu məsələ həllini tapsın. İstisna olanda, kimsə hansısa yollarla işə çıxanda, gecəboyu dayanmadan işləyəndə axırı belə faciələrlə nəticələnir. Bunun qarşısını almaq üçün yekdil qərar olmalı, heç kimə güzəşt edilmədən hamı bir nəfər kimi qərara əməl etməlidir”./Sfera.az

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti