Xəzər Xəbər

Bakıda gecə saatlarında dəhşət: Taksi sürücüsünün öldürdüyü şəxs görün kim imiş

Hadisə | 13:03 • 23 Sentyabr 2021
Bakıda gecə saatlarında dəhşət: Taksi sürücüsünün öldürdüyü şəxs görün kim imiş

Sentyabrın 22-i saat 23 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qəsəbə sakinləri - 1998-ci il təvəllüdlü Kamil Cəfərovun öldürülməsi, qardaşı 2001-ci il təvəllüdlü Samir Cəfərova isə xəsarət yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

XəzərXəbər Qaradağ rayon Prokurorluğuna istinadən xəbər verir ki, aparılmış araşdırmalarla zərərçəkmişlərin tanışı 1997-ci il təvəllüdlü Sərxan Dadaşovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla Kamil Cəfərova çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə, sonuncunun qardaşı Samir Cəfərova isə bıçaqla xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Sərxan Dadaşov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

***

Bakıda taksi sürücüsü ofisiantı qətlə yetirib, onun qardaşını isə bıçaqlayıb.

XəzərXəbər xəbər verir ki, hadisə Qaradağ rayonunda baş verib.

Lökbatan qəsəbəsi, 28 May küçəsində qeydə alınmış hadisə zamanı taksi sürücüsü 1998-ci il təvəllüdlü Cəfərov Kamil Məhəmməd oğlunu və onun qardaşı, 2001-ci il təvəllüdlü Cəfərov Samir Məhəmməd oğlunu bıçaqlayıb.

Qardaşlar ara küçədən əsas yola çıxaraq ətrafdakılardan kömək istəməyə çalışıb. Lakin K.Cəfərov qanaxmadan yolda dünyasını dəyişib. S.Cəfərov isə hadisə şahidlərinin köməkliyi ilə xəstəxanaya çatdırılıb.


Qeyd edək ki, hər iki qardaş Lökbatanda iaşə obyektində ofisiant işləyib./apa

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti