Xəzər Xəbər

Oğurluq etmək üçün dükanı yandırdı

Hadisə | 13:57 • 23 Sentyabr 2021
Oğurluq etmək üçün dükanı yandırdı

Sumqayıtda naməlum şəxs qarət edə bilmədiyi mağazanı yandırıb. Hadisə şəhərin 4-cü məhəlləsindəki binalardan birində qeydə alınıb.

Şəhər Polis İdarəsindən bildirilib ki, həmin şəxs sentyabrın 6-da gecə saatlarında ərazidə olan ticarət obyektlərini qarət etmək istəyib. O, ərazidə olan “Dönər evi”nin qapısını sındıraraq içəri girib, orada olan ərzaq məhsullarını, suları və 500 manata yaxın pulu götürüb.

Sonra isə oğru digər obyektə - kiçik ərzaq mağazasına girməyə cəhd edib. Qapını aça bilmədiyindən obyektin plastik material olan hissəsini yandırıb içəri girməyə çalışıb. Lakin o, istəyinə nail ola bilməyərək aradan çıxıb.

Bu günlərdə gecə saatlarında həmin şəxs yenidən mağazadan oğurluq etmək istəyib. O, ərazidə olan digər obyektlərdə quraşdırılmış müşahidə kamerasına düşüb. Dükanın icarədarı ona 10 min manata yaxın ziyan dəydiyin bildirib.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində araşdırmalar aparılır və hadisənin səbəbkarlarının tapılması istiqamətində müvafiq addımlar atılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti