Xəzər Xəbər

Qaxda şadlıq evinin rəhbərliyi cəzalandırıldı

Hadisə | 14:18 • 13 Sentyabr 2021
Qaxda şadlıq evinin rəhbərliyi cəzalandırıldı

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Qax rayonu, Qıpçaq kəndində fəaliyyət göstərən “Araz” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub.

AQTA-dan XəzərXəbər-ə verilən məlumata görə, yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi məlum olub. Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

Xəbər lenti