Xəzər Xəbər

Bakıda evlərdən silsilə oğurluqlar edən dəstə üzvləri tutulub foto

Hadisə | 15:31 • 16 Aprel 2021
Bakıda evlərdən silsilə oğurluqlar edən dəstə üzvləri tutulub

Sabunçu Rayon Polis İdarəsi və 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı silsilə mənzil oğurluğu etməkdə şübhəli bilinən dəstə üzvləri saxlanılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən xezerxeber.az-a verilən xəbərə görə, əməliyyat nəticəsində paytaxt sakinləri Zamin, Firuz və Orxan Əliyev qardaşları, Nazim Ələsgərov, eləcə də, Əkbər Əsədov tutulublar. İlkin araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvləri Sabunçu rayonu Zabrat və Balaxanı qəsəbələrində 4, digər rayonların ərazilərində isə 13 fərdi yaşayış evindən pul və qızıl-zinət əşyaları oğurlayıblar. İstintaq zamanı onların təkcə Sabunçu rayonunda  törətdikləri oğurluqlarda zərərçəkən şəxslərin ümumilikdə 45 min manatdan artıq qızıl-zinət əşyalarını oğurladıqları məlum olub.

Qeyd edilən faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti