Xəzər Xəbər

Azyaşlı övladını atıb Türkiyəyə qaçan qadından XƏBƏR VAR

Hadisə | 14:57 • 16 Aprel 2021
Azyaşlı övladını atıb Türkiyəyə qaçan qadından XƏBƏR VAR

Abşeron rayonu, Xırdalan şəhərində itkin düşən, daha sonra Türkiyədə olduğu müəyyənləşən 30 yaşlı Əliyeva Cəmilə Telman qızından xəbər var.

Bu barədə onun bacısı Elnarə Arı sosial şəbəkədə məlumat yayıb.

Onun sözlərinə görə, ötən gün axşam saatlarında bacısı zəng edərək ailəsini tərk etməsinin səbəblərini açıqlayıb.

Məlum olub ki, C.Əliyeva Türkiyədə yaşayan rəfiqəsinin vasitəsilə işləmək üçün həmin ölkəyə üz tutub:

“Məsələnin dəqiqliyini müəyyənləşdirmək üçün qohum və tanışlar onun olduğu yeri gedib görüblər. Yəni, keçirdiyimiz narahatlıq əsassız imiş. Bacım tibb işçisidir və Türkiyədə yaşlılara baxaraq pul qazanmağa başlayıb. Bacıma haqq qazandıra bilmirəm. Məqsədi vətənə qayıdanda övladını yanına alıb başqa evə köçmək üçün lazım olan vəsaiti toplamaq imiş”.

Qeyd edək ki, aprelin əvvəlində Abşeron rayonu, Xırdalan şəhərində yaşayan 30 yaşlı Əliyeva Cəmilə Telman qızının itkin düşdüyü barədə məlumatlar yayılıb. Daha sonra Daxili İşlər Nazirliyi tərəfindən qadının itkin düşməsi faktı ilə bağlı araşdırmalara başlanılıb. Araşdırma nəticəsində məlum olub ki, C.Əliyeva aprelin 1-də Türkiyəyə gedib. Məlumat üçün bildirək ki, Əliyeva Cəmilə ailəlidir və azyaşlı övladı var./oxu.az

Xəbər lenti