Xəzər Xəbər

Azərbaycanda DƏHŞƏT: Qadın üç aylıq körpəsini küçəyə atmaq istədi

Hadisə | 11:15 • 14 Aprel 2021
Azərbaycanda DƏHŞƏT: Qadın üç aylıq körpəsini küçəyə atmaq istədi

Bakıda üç aylıq körpəni küçəyə atmaq istəyiblər.

XəzərXəbər “oxu.az”a istinadən xəbər verir ki, qadın qeyri-rəsmi nikahdan dünyaya gətirdiyi üç aylıq oğlan uşağını küçəyə atmaq istəyib. Bu zaman ətrafdakı insanlardan biri ona mane olub.

Qadını taksiyə mindirərək üç aylıq körpə ilə bərabər “Təmiz Dünya” İctimai Birliyinin sığınacağına göndərib.

“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumatı təsdiq edib və bildirib ki, qadınla nə qədər danışıqlar aparılsa da, fikrini dəyişməyib:

“Həmin qadını dünən sığınacağa gətirdilər. Körpənin əynində normal paltar da yox idi. Qadın israrla uşaqdan imtina etdiyini dedi. Biz polis əməkdaşlarının iştirakı ilə qadınla profilaktik söhbət apardıq. Qadın heç uşağın atasının adını da bilmirdi. Aparılan söhbət zamanı uşağın atası da uşağı istəmədiyini deyir. Qeyri-rəsmi nikahdan olan uşaqdır.

Birmənalı olaraq uşağı sığınacaqda qoyub çıxıb getdilər. Balaca yarımçılpaq vəziyyətdə idi və normal qidalanmamışdı.

Hadisə barədə polisin iştirakı ilə aidiyyəti qurumlara məlumat verdik. Hazırda üç aylıq oğlan uşağı ilə bağlı bütün dövlət qurumları tərəfindən zəruri tədbir görüləcək. Balaca uşaq evlərindən birinə yerləşdiriləcək”.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar