Xəzər Xəbər

Şəkidə qayınanasını qətlə yetirən şəxsin məhkəməsi başlayır

Hadisə | 11:56 • 14 Aprel 2021
Şəkidə qayınanasını qətlə yetirən şəxsin məhkəməsi başlayır

12 yanvar 2021-ci il tarixdə saat 20 radələrində Şəki rayon sakini Əhmədova Ruqiyə Şükür qızının qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıbr.

Şəki rayon prokurorluğundan XəzərXəbər-ə verilən məlumata görə, cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilmiş, hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İstintaqla qeyd edilən tarixdə Cəlilov Rahim Tahir oğlunun sərxoş vəziyyətdə Şəki şəhəri, Bağbanlar küçəsi ünvanında yerləşən evinə gəldikdən sonra qayınanası Ruqiyə Əhmədova ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı sonuncunun qızı və azyaşlı nəvələrinin gözləri qarşısında bıçaqla xəsarətlər yetirərək Ruqiyə Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rahim Cəlilov təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti