Xəzər Xəbər

Polis itkin düşən 2 yaşlı uşağın həyatını xilas etdi

Hadisə | 15:24 • 6 Mart 2021
Polis itkin düşən 2 yaşlı uşağın həyatını xilas etdi

Ağdaş Rayon Polis Şöbəsinə müraciət edən rayonun Qaraoğlan kənd sakini sonuncu dəfə yaşadıqları evin qarşısında oynayan 2 yaşlı övladının itkin düşdüyünü, axtarışlarının nəticəsiz qaldığını bildirirək köməklik göstərilməsini xahiş edib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, azyaşlının tez bir zamanda tapılması istiqamətində polis əməkdaşları kənd ərazisində, eləcə də rayonda dərhal axtarış tədbirlərinə başlayıblar. Həyata keçirilən operativ tədbirlər zamanı 2 yaşlı A.B. axşam saatlarına doğru polis serjantı Rauf Yunusov tərəfindən su kanalının kənarında köməksiz vəziyyətdə tapılıb və ailəsinə təhvil verilib.

Uşağın valideynləri müraciətlərinə operativ reaksiyaya verərək övladlarının həyatını xilas edən polislərə minnətdarlıqlarını bildiriblər.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti