Xəzər Xəbər

Ötən il etdiyi oğurluqların üstü açıldı

Hadisə | 13:49 • 6 Mart 2021
Ötən il etdiyi oğurluqların üstü açıldı

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il baş vermiş 2 oğurluq faktının açılması təmin edilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan XəzərXəbər-ə verilən məlumata görə, rayonun Gərmətük qəsəbəsində yerləşən iki yaşayış evindən ümumilikdə 3440 manat dəyərində nağd pul, qızıl-zinət və məişət əşylarını oğurlayan şəxsin Lənkəran rayon sakini, yaşayış evindən oğurluq etdiyinə görə saxlanılmış Mirhüseyn Hacızadənin olduğu müəyyən edilib.

 

Faktlarla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır

Xəbər lenti