Xəzər Xəbər

Azərbaycanda pul üstündə qanlı dava - 3 nəfər bıçaqlandı

Mingəçevir şəhərində kütləvi dava olub.
Hadisə | 09:57 • 17 Fevral 2021
Azərbaycanda pul üstündə qanlı dava - 3 nəfər bıçaqlandı

XəzərXəbər xəbər verir ki, şəhərin 20 Yanvar küçəsində 1986-cı il təvəllüdlü İbişov Çingiz İsmayıl oğlu pul məsələsi üstündə yaranmış mübahisə zamanı 1985-ci il təvəllüdlü Rami Məmmədov və 1980-ci ildə anadan olmuş Elçin Əmənovu bıçaqlayıb.

 

Bu zaman R.Məmmədov Çingizin əlindən düşən bıçağı yerdən götürüb. O, yaralı halda olmasına baxmayaraq yerdən götürdüyü bıçaqla Çingiz İbişovun kürək nahiyəsinə 3 dəfə zərbə endirib.

 

Yaralıların 3-ü də xəstəxanaya yerləşdirilib. Ç.İbişovla R.Məmmədovun vəziyyəti daha ağırdır.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər lenti