Xəzər Xəbər

Bakıda 18 yaşlı oğul atasını niyə amansızlıqla öldürdü? TƏFƏRRÜAT

18 yaşlı oğlan atasının ailəyə qarşı bağışlanmaz səhv etdiyini və bunu biləndən sonra onu öldürmək qərarına gəldiyini deyib
Hadisə | 09:50 • 17 Fevral 2021
Bakıda 18 yaşlı oğul atasını niyə amansızlıqla öldürdü?

Fevralın 13-də gecə saatlarında Bakı şəhər Sabunçu rayonu ərazisində 18 yaşlı Cahangir Şükürlünün atası, 1971-ci il təvəllüdlü Şükürov Cavanşir Şakir oğlunu qətlə yetirməsinin təfərrüatları məlum olub.

 

XəzərXəbər xəbər verir ki, 18 yaşlı oğlan atasının ailəyə qarşı bağışlanmaz səhv etdiyini və bunu biləndən sonra onu öldürmək qərarına gəldiyini deyib. Atasının konkret olaraq nə etdiyini demək istəməyən gənc əlavə edib ki, bunu öyrənən kimi dərhal atasının yaşadığı evə gedib. O, qapının zəngini basıb və atası Cavanşir Şükürov qapını açan kimi heç bir söhbət aparmadan hücum edib. 18 yaşlı Cahangir özü ilə gətirdiyi bıçaqla atasına 15 zərbə endirib. Ağır xəsarətlər alan 50 yaşlı kişi hadisə yerində ölüb.

 

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib. Cahangir Şükürlü şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti