Xəzər Xəbər

Gözü zəif olan şagirdə “korsan” deyən müəllimə töhmət verildi

Hadisə | 11:18 • 26 Dekabr 2020
Gözü zəif olan şagirdə “korsan” deyən müəllimə töhmət verildi

Abşeron rayonunda gözü zəif görən üçüncü sinif şagirdinə "anormalsan, korsan” deyən müəllimə töhmət verilib.


Xezerxeber.az-ın "Qafqazinfo”ya istinadən xəbərinə görə, vətəndaş Nicat Məmmədov sosial şəbəkə hesabında məlumat paylaşaraq bildirib ki, bacısı qızı Masazır qəsəbəsində yerləşən məktəblərin birində təhsil alır:


"Sinif rəhbərləri uşaqlara məktəbdə normal dərs keçmir ki, əlavə 50 manata hazırlığa getsinlər. Bacım qızı da iki ay hazırlığa getdi, sonra qərara gəldik ki, hazırlığı saxlayaq. Uşağı hazırlıqdan çıxardığımız üçün bu "müəllimə” uşaqla prinsip aparmağa, ayrı-seçkilik etməyə başlayıb.


O gün də onlayn dərsdə uşağa "anormalsan, korsan” deyərək uşaqların içində təhqir edib. Uşağın gözündə zəiflik var, eynək taxır. Bacım normal olaraq mədəni şəkildə bu davranışın səbəbini soruşub, o da sərt cavab verib”.


Məlumat ictimailəşdikdən sonra Təhsil Nazirliyi məsələni nəzarətə götürüb.


Nicat Məmmədov bildirib ki, məktəb direktorunun təklifi ilə uşağın sinfi dəyişdirilib, həmin müəllimə isə izahatı alındıqdan sonra töhmət verilib.

Rubrikanın digər xəbərləri

Bakıda restoranda
Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024
Sədərək rayonunda PARTLATIŞ
Sədərək rayonunda PARTLATIŞ ÖLƏNLƏR VAR
17:21 • 28 Aprel 2024
ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
325 | 10:06 • 27 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024