Bakıda yol qəzası baş verib.
Hadisə Novxanı-Binəqədi yolunda qeydə alınıb.
Belə ki, 90-SD-161 dövlət nömrə nişanlı "Nissan Sentra" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı işıq dirəyinə çırpılıb. Qəza səbəbindən sürücü xəsarət almasa da, avtomobilə ciddi ziyan dəyib.
Araşdırma aparılır. report
Nərmin