Xəzər Xəbər

Sumqayıtda dayı bacısı oğlunu bıçaqladı

Hadisə | 08:23 • 21 Sentyabr 2020
Sumqayıtda dayı bacısı oğlunu bıçaqladı

Sumqayıtda bıçaqlama hadisəsi baş verib. İnsident şəhərin 41-ci məhəlləsində qeydə alınıb.


XəzərXəbər xəbər verir ki, 29 yaşlı İsmayıl Həsənovla dayısı 60 yaşlı Xəqani Məmmədov arasında mübahisə düşüb. Mübahisə zamanı X. Məmmədov bacısı oğlunu bıçaqlayıb. Bıçaqlanan şəxs reanimasiya şöbəsinə yerləşdirilib və cərrahi əməliyyat olunub.


Hadisəni törədən X. Məmmədov saxlanılıb. İlkin ehtimala görə, hadisə pul üstündə baş verib.


Faktla bağlı araşdırma aparılır.


Rubrikanın digər xəbərləri

Xəbər lenti