Xəzər Xəbər

Liftin şaxtasına yıxılan sakin xəsarət aldı

Hadisə | 09:48 • 12 Avqust 2020
Liftin şaxtasına yıxılan sakin xəsarət aldı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda bir nəfərin liftin şaxtasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.


FHN-dən XəzərXəbər-ə verilən məlumata görə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, vətəndaş tikintisi başa çatmayan binanın birinci mərtəbəsində olarkən ehtiyatsızlıqdan lift üçün nəzərdə tutulan boşluğa yıxılıb və xəsarət alıb.


Xilasedicilər, təhlükəsizlik qaydalarına riayət etməklə, vətəndaşı şaxtadan çıxarıblar. Xilas olunan şəxs hadisə yerinə cəlb olunan Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkim briqadasına təhvil verilib.

Rubrikanın digər xəbərləri

Xəbər lenti