Xəzər Xəbər

Saatlıda karantin qaydalarının tələblərinin pozulduğu kafe aşkar edilib

Hadisə | 12:01 • 10 Avqust 2020
Saatlıda karantin qaydalarının tələblərinin pozulduğu kafe aşkar edilib

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının bu istiqamətdə keçirdikləri növbəti tədbirlər zamanı rayon ərazisində fəaliyyət göstərən "Körpü” kafesində xüsusi karantin rejiminin qaydalarına əməl edilmədiyi, sosial məsafənin və mövcud preventiv tədbirlərin şərtlərinin pozulması halları aşkarlanıb.


Karantin qaydalarını kobud şəkildə pozan həmin obyektin sahibi və müştəriləri olan 5 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.


Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib.

Rubrikanın digər xəbərləri

Bakıda restoranda
Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024
Sədərək rayonunda PARTLATIŞ
Sədərək rayonunda PARTLATIŞ ÖLƏNLƏR VAR
17:21 • 28 Aprel 2024
ANAMA-nın əməkdaşı Şuşada
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb
13:00 • 27 Aprel 2024
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri
Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb
327 | 10:06 • 27 Aprel 2024

Xəbər lenti

Bakıda restoranda YANĞIN
17:55 • 28 Aprel 2024