Ermənistanda son sutka ərzində 200 nəfər koronavirusa yoluxub.
Bununla da ölkədə infeksiyaya yoluxanların sayı 40 min 185-ə çatıb.
Ölənlərin sayı 8 nəfər artaraq 785-ə yüksəlib.
İnfeksiyadan sağalan insanların sayı 32 min 395 (son sutkada 387) nəfərdir. 6 min 777 nəfər müalicə olunur. Keçirilən testlərin ümumi sayı 174 min 438 (son sutkada 1444) olub.